"Kəpəz" "Keşlə"ni Gəncədə qəbul edəcək

Topaz Premyer Liqanın 16-cı turunun "Kəpəz"  - "Keşlə" matçı Gəncə şəhər stadionunda keçirəcək.

Sportline.az xəbər verir ki, bu barədə sportnet.az saytına klubun baş məşqçi Yunis Hseynov məlumat verib. 53 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmanın doğma arenada təşkili üçün heç bir problem yoxdur. O, görüşün fevralın 18-də keçiriləcəyini təsdiqləyərək, Gəncəyə matçdan 2 gün əvvəl yollanacaqlarını əlavə edib. 

Klubun mətbuat katibi Azad Mustafayev isə stadionun ot örtüyündə saralma olduğunu təsdiqləsə də, matçın Gəncədə baş tutacağını təsdiqləyib. O, oyunun təxirə salınmasının mümkünlüyünə dair söz-söhbətlərin yaranma səbəbini isə belə izah edib: "Gəncə şəhəri Avropa İdman Paytaxtı adına iddia edir. Bununla əlaqədar müəyyən tədbirlər nəzərdə tutulub. Ona görə də rəhbbərlik matçın təxirə salınmasını götür-qoy edirdi. Lakin sonda qərara alındı ki, görüş elə öz stadionumuzda təşkil olunsun".

 

Qeyd edək ki, Gəncə şəhər stadionunda ot örtüyündə problemin yarandığı və bu səbəbdən. "Kəpəz"in "Keşlə" ilə oyunu Bakıda keçirmək istədiyi bildirilir.