"Keşlə" Gəncədən 3 xalla dönür
Bu gün Topaz Premyer Liqasında 16-cı tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Autsayderlər mövqeyində qərarlaşan iki komanda - "Kəpəz" və "Keşlə" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq.
Gəncə təmsilçisi qələbə qazanmaqla zirzəmidən yaxa qurtaracaq. Bakı isə 3 xalla "Səbail"ə yaxınlaşacaq.
Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.
18 fevral 2018
Topaz Premyer Liqası
16-cı tur
“Kəpəz” – “Keşlə” - 0:1
QOL: Fuad Bayramov, 51 (0:1)
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
Gəncə. Şəhər stadionu
Standings provided by Sofascore LiveScore