"Kəpəz" - "Neftçi" oyununa doğru

 Topaz Premyer Liqasının sonuncu - 28-ci turu çərçivəsində keçiriləcək “Kəpəz” - "Neftçi" oyunu maraqla gözlənilir.

Qələbə sayəsində Avropa Liqasına vəsiqə qazanacaq paytaxt futbolçuları Gəncəyə 3 xal ardınca yollanıblar.

Qeyd edək ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 17:15-da başlanacaq.