“Kəpəz” Olimpiya Stadionunda hazırlaşır
"Kəpəz" komandası Topaz Premyer Liqasının XXVII turunda "Zirə” ilə səfərdə keçirəcəyi oyuna Bakıda hazırlaşır.
SportLine.az xəbər verir ki, gəncəlilər Bakı Olimpiya Stadionunun (BOS) yardımçı meydançasında məşq edirlər.
Qeyd edək ki, mayın 12-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq.