"Kəpəz" Premyer Liqanı tərk etdi

Topaz Premyer Liqasını tərk edəcək klub müəyyənləşib.

SportLine.az xəbər verir ki, 25-ci tur çərçivəsində keçirilən "Sumqayıt" - "Səbail" görüşündə qalib gələn qonaqlar Premyer Liqada növbəti mövsüm üçün yerlərini təmin ediblər. Əvəzində, "Kəpəz"in I Diviziona düşəcəyi rəsmiləşib. Son 3 tur qalmış "Səbail"dən 10 xal geri qalan Gəncə təmsilçisi turnir cədvəlinin zirzəmisindən yaxa qurtaqmaq şanslarını itirib.

Turnir cədvəlində hazırkı vəziyyət:

1 Qarabağ 25 62
2 Qəbələ 25 45
3 Sumqayıt 25 39
4 Neftçi 25 37
5 Zirə 25 35
6 Keşlə 25 24
7 Səbail 25 23
8 Kəpəz 25 13