"Kəpəz" - "Qəbələ" matçı təxirə salındı

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 19-cu turunun bir oyununun vaxtı dəyişdirilib. 

Sportline.az xəbər verir ki, Peşəkar Futbol Liqasının qərarına əsasən, “Kəpəz” - “Qəbələ”oyunu 8 mart tarixdən 5 aprel tarixinə keçirilib.

Qeyd edək ki, 18 turdan 41 xal toplayan "Qəbələ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 10 xalla autsayderdir.