"Kəpəz" "Səbail"lə görüşə hazırlaşır
Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə “Səbail”lə qarşılaşacaq “Kəpəz” oyunun məşqlərinə start verib.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir. “Sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi “Bayıl Arena”da olacaq.
Qeyd edək ki, “Səbail” – “Kəpəz” matçı aprelin 22-də keçiriləcək.