"Kəpəz" "Turan Tovuz"la heç-heçə etdi
Növbəti mövsümə hazırlığı Şəmkirdə davam etdirən "Kəpəz" bu gün yoxlama oyunu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Turan Tovuz" kollektivi olub.
Görüşdə qalib müəyyənləşməyib - 2:2.
Gəncə klubu ilk yarıda Fərid Məmmədov və Elgün Orucovun vurduğu qollarla hesabda önə keçsə də, tovuzlular fasilədən sonra bərabərliyi təmin ediblər.