"Kəpəz"də tanış sima

"Bakı"nın yetirməsi Tural Qürbətovun yeni klubu bəlli olub.

Sportline.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını I Divizionda davam etdirəcək. Qürbətov "Kəpəz"lə mövsümün sonuna kimi müqavilə imzalayıb.

Tural Qürbətov "Rəvan", "Xəzər Lənkəran", "Atakum Bələdiyyə" (Türkiyə), "Xəzər", "Sabah" və "Şüvəlan" klublarında oynayıb. Qürbətov "Kəpəz"in Premyer Liqada çıxış etdiyi vaxtda Gəncə klubunda idi.