"Kəpəz"in yeni icraçı direktoru

“Kəpəz” Peşəkar Futbol Klubuna yeni təyinat olub.

Sportline.az klubun  "Facebook" səhifəsinə istinadən xəbər verir ki, icraçı direktor vəzifəsi İlqar Nadiriyə həvalə olunub.

Təyinatla bağlı “Kəpəz”in kuratoru İsgəndər Cavadov klubun mətbuat xidmətinə qısa açıqlama verib: “İlqar Nadiri bacarığına, qabiliyyətinə inandığımız insandır. Gəncdir, enerjilidir və klubun hərtərəfli inkişafında rol oynacağını düşünərək bu vəzifəyə təyin edilib. Yeni icraçı direktor komandanın qarşıya qoyduğu hədəflərə çatmasında öz dəstəyini verəcək”.