"Keşlə" Almaniya klubu ilə qarşılaşacaq

"Keşlə" yanvar ayının 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 3 yoxlama oyununa çıxacaq. Tərlan Əhmədovun kollektivi yanvarın 17-də Almaniyanın "Zviçaku", 22-də Rusiyanın "Arsenal", 24-də isə Slovakiyanın "Zemplin" komandası ilə qarşılaşacaq.