"Keşlə" azarkeşlərinə şad xəbər

"Keşlə"nin qapıçısı Kamran Ağayev yenidən yaşıl meydanlara qayıdır. 

Sportline.az xəbər verir ki, milli komandanın qolkiperi, artıq komanda ilə məşqlərə qatılıb.

33 yaşlı futbolçunun Premyer Liqanın XXII turunda, "Neftçi" ilə görüşdə iştirakı gözlənilir. 

Qeyd edək ki, "Keşlə" - "Neftçi" matçı martın 30-u saat 18:30-da başlanacaq.