"Keşlə" - "Baltsan" matçının hakimləri açıqlandı

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Keşlə" - "Baltsan" matçının hakim təyinatları müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Rusiyadan olan briqadaya həvalə olunub.

Mixail Vilkov baş hakim, Aleksey Vorontsov, Vladimir Mineviç köməkçi hakimlər, Aleksey Suxoy isə dördüncü hakim funksiyasını icra edəcək.

Qeyd edək ki, "Dalğa Arena"da təşkil olunacaq matçın start fiti iyulun 19-u, saat 21:00-da səslənəcək.

Bu komandalar arasında ilk görüş Malta klubunun qələbəsi ilə yekunlaşıb - 4:1.