"Keşlə" baş məşqçi ilə razılığa gəldi
Azərbaycan kubokunun sahibi "Keşlə" baş məşqçi ilə razılığa gəlib.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisini növbəti mövsümdə də Yuri Maksimov çalışdıracaq.
Ukraynalı mütəxəssis istirahətdən qayıtdıqdan sonra, onunla 1 ili əhatə edən, yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, bu ilin yanvarından "Keşlə"nin sükanı arxasında olan Maksimov, komandaya ölkə kubokunu qazandırıb.