"Keşlə" məğlubiyyətlə başladı

Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün ilk yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Bosniya və Herseqovinanın "Çelik" kollektivi olub.

Görüş "Keşlə"nin məğlubiyyəti ilə yekunlaşıb - 0:2.

Qeyd edək ki, Yuri Maksimovun komandası ikinci yoxlama matçında  “Levadiya”(Estoniya) ilə qarşılaşacaq. Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da “Traktorsazi”yə qarşı keçiriləcək.