"Keşlə" daha 2 futbolçu ilə müqavilə bağladı

"Keşlə" yay fasiləsində daha iki futbolçunun keçidini rəsmiləşdirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi cinah müdafiəçiləri - İlkin Qırtımov və Emin Mehdiyevlə anlaşıb. Hər iki futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ili əhatə edir.

Qeyd edək ki, "Keşlə" bunadək Rəşad Əzizli, Ruslan Qurbanov, Franko Flores, Ziya Əzizov və Stanislav Namaşko ilə müqavilə bağlayıb.