"Keşlə" daha bir futbolçu ilə yolları ayırdı

"Keşlə" klubu qış fasiləsində daha bir futbolçu ilə yolları ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Orxan Sadıqlı ilə vidalaşıb. Qapıçının müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Orxan Sadıqlı qış fasiləsində "Keşlə"dən göndərilən 7-ci futbolçudur.

Ona qədər Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyevlə yeni müqavilə imzalanmayıb.