"Keşlə" daha bir futbolçunu heyətə qatdı
"Keşlə" klubu daha bir transfer reallaşdırıb.
Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Sezar Meza Kolli ilə müqavilə bağlayıb. Paraqvaylı yarımmüdafiəçi mövsümün sonuna kimi "Keşlə"nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Meza Kolli 2013-2016-cı illərdə "İnter"də (İndiki "Keşlə") çıxış edib. O, son olaraq ölkəmizdə "Zirə"nin formasını geyinib. Sezarın qardaşı Derlis Meza Kolli isə "Neftçi"nin üzvüdür.