"Keşlə" daha bir legioneri heyətə qatdı

"Keşlə" klubu növbəti transfer rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Belə ki, klub rəhbərliyi ilə futbolçu Miyuşko Bojoviç arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Monteneqro vətəndaşı olan müdafiəçi ilə bağlanmış sözləşmənin müddəti 1 il təşkil edir.

1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun “Rudar”, Belçikanın “Şarlerua” və “Vasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Qyirmot və “Uypeşt” komandalarında çıxış edib. Müdafiəçinin son klubu “Uypeşt” olub.