"Keşlə" darmadağına sevindi
Topaz Premyer Liqasının ikinci yarısına hazırlığı Bakıda davam etdirən "Keşlə" yoxlama matçında qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib I Divizion klubu - "Qaradağ Lökbatan" olub.
Görüş "Keşlə"nin qələbəsi ilə yekunlaşıb - 4:0.
Yeni transfer Vüsal İsgəndərli, eləcə də, Nikola Mitroviç, Andre Klennon və Seymur Əsədov fərqlənməklə komandanın qələbəsinə töhfə verib.