"Keşlə" "Dinamo"ya uduzdu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Serbiyanın "Dinamo" Vranye kollektivi olub.

Qarşılaşma Bakı klubunun məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, “Keşlə” ilk yoxlama görüşündə Özbəkistanın U-23 yığması ilə qolsuz heç-heçə edib. Paytaxt təmsilçisi yanvar 23-də “Atırau” (Qazaxıstan), iki gün sonra isə “Çertanovo” (Rusiya) ilə qüvvəsini sınayacaq.

20 yanvar 2019
Yoxlama oyunu

"Keşlə" - "Dinamo" Vranye (Serbiya) - 0:2
Antalya, Türkiyə