“Keşlə” I Divizion klubu ilə qarşılaşacaq
“Keşlə” milli komadamızın oyunları ilə əlaqədar çemponatda yaranan fasilədə yoxlama oyunu keçirəcək.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi oktyabrın 13-də birinci divizion təmsilçisi MOİK-lə qarşılaşacaq. Oyun ASK Arena stadionunda keçiriləcək.
Matçın başlanma saatı hələlik dəqiqləşməyib.