"Keşlə" I Divizion klubuna qalib gəldi

Milli komandaların oyunları ilə  əlaqədar yaranmış fasilədən istifadə edən klublar yoldaşlıaq oyunlarında güclərini sınayırlar. SportLine.az saytının məlumatına görə, belə oyunların birində “Keşlə” “Qaradağ Lökbatan”la qarşılaşıb.

Oyun Premyer Liqa təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Tərlan Əhmədovun yetirmələri 3:1 hesabına seviniblər.

Yoxlama oyunu

“Keşlə” – “Qaradağ Lökbatan” – 3:1
Qollar: Tərlan Quliyev, Amil Yunanov, Slavik Alxasov