"Keşlə" I Diviziondan futbolçu aldı

"Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

SportLine.az xəbər verir ki, bu barədə "Report”a klubdan bildirilib. Mövsümün ilk yarısından I Divizion təmsilçisi "Qaradağ Lökbatan”da çıxış edən Emin Mehtiyev hazırda komandanın məşqlərinə qatılır.

27 yaşlı yarımmüdafiəçi ilə 6 aylıq müqavilə bağlanılacaq. "Keşlə” bunadək Vüsal İsgəndərli və Con Kamaranı heyətinə qatıb.

Qeyd edək ki, Mehtiyev karyerası ərzində "Neftçi”, "Sumqayıt”, "Səbail”, "Sabah” və  "Zaqatala”da da çıxış edib.