"Keşlə" klubunda yeni müqavilə

"Keşlə" klubu futbolçusu ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi müdafiəçi Azər Salahlı ilə müqavilənin müddətini uzadıb.

25 yaşlı futbolçu ilə 1+1 illik anlaşma imzalanıb.

Azər Salahlı 2018-ci ildə "Sumqayıt"dan "Keşlə"yə keçib.

Qeyd edək ki, paytaxt klubu daha öncə Slavik Alxasovla müqaviləni uzatmışdı.