"Keşlə" klubunun PFL-ə müraciəti cavablandırılıb

Azərbaycan Premyer Liqasının 27-ci turunun "Keşlə" - "Zirə" matçının başlama saatı dəyişdirilib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, “Keşlə” klubu, Peşəkar Futbol Liqasına ünvanladığı rəsmi məktubda matçın keçiriləcəyi stadionda işıqlandırma sistemində baş verə biləcək nasazıqlar səbəbindən görüşün başlanma saatının 20:00-dan 17:00-a keçirilməsi xahiş olunub.

Bütün bunları və “Zirə”nin razılığını rəhbər tutan PFL görüşün başlanma vaxtının 20:00-dan 17:00-a keçirilməsinə qərar verib.