"Keşlə" "Levadia"ya məğlub oldu
Türkiyədə təlim-məşq toplanışına davam edən "Keşlə" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Estoniyanın "Levadia" kollektivi olub.
Qarşılaşma "Keşlə"nin məğlubiyyəti ilə yekunlaşıb - 2:3. "Keşlə"nin qollarını Azər Salahlı və Denis Silva Kruz vurub.
Qeyd edək ki, "Keşlə" ilk yoxlama matçında Bosniya və Herseqovinanın "Çelik" komandasına uduzub - 0:2.