"Keşlə" Mladen Milinkoviçi istefaya göndərdi

"Keşlə" futbol komandasının baş məşqçisi Mladen Milinkoviç istefaya göndərilib. 

SportLine.az xəbər verir ki, bu  barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib.

Qeyd edək ki, "Keşlə" cari mövsüm qeyri-stabil çıxışla diqqət çəkir. 9 oyuna 5 xal toplayan paytaxt təmsilçisi 7-ci pillədə qərarlaşıb.