"Keşlə" "Neftçi" qarşısına itkilərlə çıxacaq
"Keşlə" komandası Topaz Premyer Liqasının 10-cu turunun bu gün “Neftçi”yə qarşı keçirəcəyi görüşə itkilərlə çıxacaq.
Sportline.az xəbər verir ki, komandanın 4 üzvü matçı kənardan izləyəcək. Ötən tur “Qarabağ”la oyunda qırmızı vərəqə görən Samir Məsimov cəza, Andre Klennon, Fuad Bayramov və Məmməd Quliyev isə zədə üzündən meydana çıxa bilməyəcək.