"Keşlə" "Neftçi"ni xalsız qoydu

Topaz Premyer Liqasında 25-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək.

Avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirən "Neftçi" "Keşlə"nin qonağı olacaq. 

"Ağ-qaralar" qələbə qazanmaqla "Sumqayıt"ı arxada qoya bilərlər. "Keşlə" isə son pillə ilə xal fərqini bir qədər də artırmaq barədə düşünür.

Qarşılaşma saat 16:00-da başlanacaq.


28 aprel 2018
Topaz Premyer Liqası
25-ci tur

“Keşlə” - “Neftçi” - 2:1
QOLLAR: 
Vaqif Cavadov, 21 (1:0); Namiq Ələsgərov, 42 (1:1); Adrian Skarlatake, 68 (2:1)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
“İnter Arena”

Standings provided by Sofascore LiveScore