"Keşlə" Özbəkistan millisi ilə qarşılaşacaq

"Keşlə"nin Antalya toplanışı çərçivəsində rəqiblərindən biri dəyişib. SportLine.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Belə ki, Qazaxıstan təmsilçisi "Okjetpes"lə yanvarın 17-nə nəzərdə tutulan qarşılaşma baş tutmayacaq. Buna rəqibin məşqçilər heyətindəki dəyişiklik səbəb olub. Bununla belə, bakılılar yanvarın 18-də Özbəkistanın U-23 yığması ilə yoxlama görüşündə üz-üzə gələcək.

Qeyd edək ki, "Keşlə"nin Antalya toplanışı yanvarın 12-dən 26-dək davam edəcək.