"Keşlə" - "Qarabağ" matçının vaxtı müəyyənləşdi
Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınan “Keşlə” – “Qarabağ” matçını vaxtı, yeri və hakim təyinatları açıqlanıb.
Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, oktyabrın 31-də "ASK Arena"da keçiriləcək görüş saat 19:00-da başalanacaq. Oyunu FİFA referisi Rəhim Həsənov idarə edəcək.
31 oktyabr (çərşənbə)
“Keşlə” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
“ASK Arena”, 19:00 (“CBC Sport”/canlı)