"Keşlə" "Qaradağ Lökbatan"a rəqib oldu

Milli komandaların oyunları əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə zamanı “Keşlə” də yoxlama görüşündə qüvvəsini sınayacaq.

Sportline.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı kollektiv I Divizion təmsilçisi "Qaradağ Lökbatan"la üz-üzə gələcək.

Qarşılaşma oktyabrın 12-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.