"Keşlə" "Qəbələ" qarşısına itki ilə çıxacaq

Topaz Premyer Liqasının 26-cı turundə "Qəbələ" ilə qarşılaşacaq "Keşlə" komandasının heyətində itki var. 

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Sərtan Taşkın səfər matçında meydana çıxa bilməyəcək. "Neftçi" ilə oyunda zədəsini ağırlaşdıran futbolçu bir müdət yaşıl meydandan kənarda qalacaq. 

Qeyd edək ki, "Qəbələ" - "Keşlə" görüşü sabah Qəbələ şəhər stadionunda keçiriləcək.