"Qəbələ" paytaxtda 3 xal qazandı
Bu gün Topaz Premyer Liqasında 12-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Cari mövsüm qeyri-stabil çıxışla yadda qalan "Keşlə" və "Qəbələ" münasibətləri birincilərin meydanında aydınlaşdırıb. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
24 noyabr 2018
TPL, 12-ci tur
“Keşlə” – “Qəbələ” - 1:2
QOLLAR: Ceyms Adeniyi, 17 (0:1); Voislav Stankoviç, 20 (0:2); Amil Yunanov, 38 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”
| 1 | Neftçi | 11 | 26 |
| 2 | Qarabağ | 11 | 23 |
| 3 | Səbail | 11 | 20 |
| 4 | Sabah | 11 | 16 |
| 5 | Qəbələ | 12 | 15 |
| 6 | Sumqayıt | 11 | 11 |
| 7 | Keşlə | 12 | 9 |
| 8 | Zirə | 11 | 6 |