"Keşlə" Rumıniya klubu ilə qarşılaşacaq

"Keşlə" klubunun qış toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarından 3-də rəqibləri müəyyənləşib.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə Bakıda start veriləcək. Komanda üzvləri yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlar. İki həftə ərzində 4 matçın keçirilməsi nəzərdə tutulub. 

"Keşlə" yanvarın 17-də Qazaxıstan "Okjetpes"i, yanvarın 13-də Rumıniya "Konkordiya"sı, yanvarın 25-də Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil. 

Qeyd edək ki, "Keşlə" mövsümün ilk yarısını 12 xalla 7-ci pillədə tamamlayıb.