"Keşlə" Rusiya klubu ilə heç-heçə etdi
Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün növbəti yoxlama oyununa çıxacaq. SportLine.az xəbər verir ki, rəqib Rusiyanın "Yenisey" kollektivi olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.
Qeyd edək ki, "Keşlə" bundan əvvəl yoxlama görüşlərində Ukraynanın "Karpati"sinə 1:2 hesabı ilə uduzub, "Rabotniçki"yə 1:0 hesabı ilə qalib gəlib.
01 fevral 2018
Yoldaşlıq görüşü
"Keşlə" - "Yenisey" (Rusiya) - 1:1
QOL: Slavik Alxasov, 35