"Keşlə" - "Sabah" duelində qalib müəyyənləşmədi
Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən “Keşlə” və “Sabah” klubları yoxlama matçı keçiriblər.
SportLine.az xəbər verir ki, komadalar Bakı Olimpiya Stadionunun 1-ci meydançasında üz-üzə gəliblər. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar Topaz Premyer Liqada 2018-2019 mövsümünün ilk turunda qarşılaşıblar. Həmin oyun “Sabah”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.