"Keşlə" "Səbail" və "Sabah"la qarşılaşacaq
“Keşlə” milli komandanın oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədə iki yoxlama matçı keçirməyi planlaşdırır.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi sentyabrın 2-də “Səbail”lə qarşılaşacaq. Oyun Bayıl arena stadionunda olacaq. Qarşılaşmanın vaxtı barədə əlavə məlumat veriləcək.
İkinci yoxlama matçı isə “Sabah” ilə keçiriləcək. Matç sentyabrın 9-da saat 17.30-da Əlincə Arena stadionunda oynanılacaq.