"Keşlə" "Səbail"dən güclü oldu
Milli komandanın oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Keşlə" və "Səbail" klubları yoxlama oyunu keçiriblər.
SportLine.az xəbər verir ki, "Bayıl Arena"da üz-üzə gələn komandaların duelində "Keşlə" rəqibini 2:1 hesabı ilə məğlub edib. Mladen Milinkoviçin komandasından qolları Slavik Alxasov və Nikola Mitroviç vurublar. "Səbail"in yeganə qoluna isə Kevin Kubemba imza atıb.
Qeyd edək ki, bu komandalar Topaz Premyer Liqanın 3-cü turunda da qarşılaşmışdılar. Görüş "Səbail"in 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.