"Keşlə" "Sumqayıt"a məğlub oldu

Topaz Premyer Liqa təmsilçiləri "Sumqayıt" və "Keşlə" öz aralarında yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açsa da, üstünlüyünü sona kimi qoruya bilməyib və uduzub - 1:2.

"Sumqayıt" - "Keşlə" - 2:1
Qollar:  Ruslan Qurbanov, 14 (0:1), Amil Yunanov, 18 (1:1), Rüfət Abdullazadə, 85 (2:1)