"Sumqayıt" son dəqiqədə sevindi

Bu gün Topaz Premyer Liqasında 17-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək. 

Avrokuboklara vəsiqə uğrunda yarışan "Sumqayıt" paytaxta səfər edəcək. "Keşlə"nin qonağı olacaq "kimyaçılar" qələbə qazanmaqla "Neftçi" ilə xal fərqini 7-ə çatdıracaq. "Keşlə" isə "Səbail"lə xal fərqini azaltmaq üçün 3 xala ümid edir.

Qarşılaşma saat 15:00-da start götürəcək.


25 fevral 2018
Topaz Premyer Liqası
17-ci tur

"Keşlə" - "Sumqayıt" - 1:2
QOLLAR:
Tural Axundov, 2/p. (0:1); Rail Məlikov, 12/a.q (1:1); Rəşad Eyubov, 90 (1:2)
Baş hakim: Rəhim Həsənov
"İnter Arena"

Standings provided by Sofascore LiveScore