"Keşlə" - "Traktorsazi"

Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Təbrizin "Traktorsazi" kollektivi olub.

Qarşılaşma "Traktorsazi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.

Qeyd edək ki, əvvəlki iki görüşündə də qələbə üzü görməyən “Keşlə” iyunun 30-da Bosniya və Herseqovinanın “Çelik”, iyulun 3-də isə Estoniya təmsilçisi “Levadiya” ilə qarşılaşıb və uyğun olaraq 0:2 və 2:3 hesablı məğlubiyyətə uğrayıb.