"Keşlə" "Traktorsazi" ilə qarşılaşacaq
Bakı toplanışını başa vuran "Keşlə" klubu Avropa Liqasına hazırlıqlarını davam etdirmək üçün Türkiyənin Kızılcahamam vilayətinə yollanıb.
SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Patalya hotelində məskunlaşan komanda bu gün səhər məşqə çıxacaq. İyulun 10-dək davam edəcək təlim-məşq toplanışında "Keşlə" 3 yoxlama matçı keçirməyi planlaşdırır. İlk oyun iyunun 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın "Çelik Zenitsa” komandasına qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.
İkinci yoxlama matçında rəqib Estoniya "Levadiya”sı olacaq. İyulun 3-də keçiriləcək qarşılaşmanın da start fiti eyni saatda çalınacaq.
Toplanış çərçivəsində son yoldaşlıq matçı iyulun 6-da keçiriləcək. Bu dəfə "Keşlə" İranın "Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlama saatı barədə əlavə məlumat veriləcək.