"Keşlə" Türkiyə klubuna qarşı

"Keşlə" komandası yeni mövsümün hazırlığını Türkiyədə davam etdirir.

Sportline.az xəbər verir ki, paytaxt klubu bu gün ilk yoxlama görüşünə çıxacaq.

Baş məşqçi Tərlan Əhmədov komandanı "Osmanlıspor"la oyunda sınayacaq. I liqa təmsilçisi ilə qarşılaşma “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda olacaq.

Qeyd edək ki, "Keşlə" ikinci yoxlama görüşünü avqustun 2-də "Çaykur Rizəspor"a qarşı keçirəcək.

 

Yoxlama görüşü

31 iyul

17:00. "Keşlə" - "Osmanlıspor" (Türkiyə)

“Bolu Koru Hotels Spa & Convention” otelinin stadionu