"Keşlə" turnirin qalibi oldu

SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışmış, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun 89-cu ildönümü ilə əlaqədar AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı xatirə turniri keçirilib.

Sportline.az xəbər verir ki, mükafatlandırma mərasimində AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov, Futbol Veteranları İttifaqının sədr müavini Rüstəm Rəhimov, futbol veteranları Çingiz İsmayılov, Əbdülqəni Nurməmmədov, Səməd Qurbanov, Orucəli Durmuşov, Fizuli Nəcəfov və futbol ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

“Keşlə” komandası turnirin qalibi olub. “Sabah” ikinci, “Səbail” isə üçüncü yeri tutub. Rəvan Mustafayev (“Keşlə”) turnirin ən yaxşı qapıçısı, Ömər Yusublu (“Sabah”) isə ən yaxşı oyunçusu seçilib.  Hər üç komandaya medallar, qalib komandaya kubok təqdim olunub.