"Keşlə" "Zirə"ni Avroliqadan kənarlaşdırdı

Avrokuboklarda Azərbaycanı təmsil edəcək bütün klubların adları müəyyənləşib.

SportLine.az xəbər verir ki, bunadək "Qarabağ"ın Çempionlar Liqasına, "Qəbələ" və "Neftçi"nin isə Avropa Liqasına gedəcəyi dəqiqləşmişdi. Avropa Liqasına sonuncu vəsiqə uğrunda isə "Zirə" və "Keşlə" yarışırdı. 

Azərbaycan kubokunun finalında "Qəbələ"yə qalib gələn "Keşlə" avrokuboklara vəsiqəni təmin edib.

Beləliklə, Azərbaycanı növbəti mövsüm avrokuboklarda bu komandalar təmsil edəcək.

Çempionlar Liqası: "Qarabağ"

Avropa Liqası: "Qəbələ", "Neftçi", "Keşlə"