"Keşlə"də ayrılıq

"Keşlə" futbolçusu Miloş Bosançiclə yolları ayırıb.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, serbiyalı yarımmüdafiəçi ilə  müqaviləyə qarşılıqlı razılışma əsasında xitam verilib.

Qeyd edək ki, "Keşlə" M.Bosançici iyulda heyətinə qatmışdı.