"Keşlə"də daha bir ayrılıq

"Keşlə" futbolçusu Samir Məsimovla yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə  müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, S.Məsimov 2018-ci ildən Bakı təmsilçisində oynayırdı.

Xatırladaq ki, "Keşlə" bundan əvvəl Amil Yunanov, Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko və Anxelo Pena yolları ayırıb.