"Keşlə"də yeni müqavilələr

“Keşlə” daha iki futbolçu ilə müqavilə bağlayacaq.

Sportline.az xəbər verir ki, bu barədə “Report”a klubun meneceri Eldəniz Yusifov məlumat verib.

O, bildirib ki, artıq bir müddətdir “Keşlə”nin düşərgəsində yer alan İlkin Qırtımov və AZAL-ın sabiq qapıçısı Stanislav Namaşko ilə münasibətləri rəsmiləşdirəcəklər. Hər iki futbolçu ilə 1+1 illik sözləşməyə qol çəkəcək. Namaşko 2014-2016-cı illərdə AZAL-ın formasını geyinib. Moldova yığmasının sabiq qolkiperinin son iş yeri Monteneqronun “Zeta” klubu olub. Baxışda olan 5 iranlı futbolçu isə bəyənilməyərək yola salınıb.

Qeyd edək ki, “Keşlə” yay fasiləsində Rəşad Əzizli (“Sumqayıt”), Ruslan Qurbanov (“Səbail”), Franko Flores (“Alki”, Kipr) və Ziya Əzizovu (“Neymegen”, Hollandiya) heyətinə qatıb.